Biləsuvarda ağır qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB
Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) 17.10.2026-cı il tarixində saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
16:31
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb.
Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
15:10
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə bu gün rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə Səmədabad kəndi ərazisində olarkən idarəetməni itirib və avtomobil kanala aşıb.
Hadisə nəticəsində sürücü və sərnişini, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüblər, avtomobildə olan 3 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır.
Faktla bağlı araşdırma aparılır.(APA)
16:47 17.10.2026
Oxunuş sayı: 251