Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib


Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. Onun barəsində məsuliyyət tədbiri görülüb.
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
09:15 22.08.2025
Oxunuş sayı: 888