Lukaşenko: Qərbin artan hərbi xərcləri Belarusun müdafiə prioritetlərini dəyişir

Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrinin artan hərbi büdcələri və yüksələn təhdidlər fonunda Minskin müdafiə imkanlarını gücləndirməyə məcbur olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "hərbi təhdidlərin səviyyəsinin dinamikası və Qərb qonşularımızın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artması” Belarus-Rusiya ittifaqının müdafiəsinə diqqət ayırmağı zəruri edir ", - deyə Lukaşenko bildirib.
O, vurğulayıb ki, Belarus büdcə məhdudiyyətləri fonunda raket proqramını və hərbi modernləşməni mümkün qədər səmərəli şəkildə optimallaşdırır və “müasir şəraitdə müharibə formalarına və metodlarına” uyğunlaşır.
Bənövşə Zahidli
23:00 21.08.2025
Oxunuş sayı: 1120