"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Çindən 7 lokomotiv alıb.
Crossmedia.az xəbər verir ki, Çindən alınan lokomotivlər artıq Azərbaycana çatdırılıb.
Qeyd edək ki, lokomotivləri Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti istehsal edib.
Xatırladaq ki, bu ilin iyununda ADY ilə "CRRC Ziyang" 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında da müqavilə imzalayıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.
10:09 18.09.2026
Oxunuş sayı: 47