Aras Bulud İynemli saxlanıldı
Türkiyəli tanınmış aktyor Aras Bulud İynemli, aktirsa Melis Sezen və repçi Sefo saxlanılıb.
Crossmedia.az1 xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, məşhurlar Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıblar.
Bundan başqa, saxlanılanlar arasında Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Həsən Şaş da var.
Ümumilikdə 15 nəfərin saxlanıldığı bildirilib.
09:49 18.09.2026
Oxunuş sayı: 50