Alkoqol asılılığının əsas əlamətləri açıqlanıb
Alkoqol asılılığının müəyyən edilməsində içkinin miqdarı və qəbul edilmə tezliyi deyil, insanın onun üzərində nə dərəcədə nəzarət sahibi olması əsas rol oynayır.
Crossmedia.az xəbər verir ki, bu barədə psixiatr-narkoloq Marina Kalyujnaya açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, hər axşam bir qədəh spirtli içki qəbul edən insanda asılılıq, bir neçə aydan bir həddindən artıq içki içən şəxslə müqayisədə daha tez formalaşa bilər.
Həkim alkoqol asılılığının əsas əlamətləri kimi qəbul edilən içkinin miqdarına nəzarətin itirilməsini, əvvəlki təsiri əldə etmək üçün dozanın artırılmasını, içki qəbul etmək mümkün olmadıqda əsəbilik və güclü istəyi, eləcə də mənfi nəticələrə baxmayaraq içməyə davam etməyi göstərib.
Narkoloq vurğulayıb ki, məhz bu əlamətlər adi vərdişlə xəstəlik arasındakı fərqi müəyyənləşdirir.
01:01 22.11.2026
Oxunuş sayı: 34