Rusiya Ukraynanın enerji sisteminə ən güclü zərbələrdən birini endirdi
Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı ən irimiqyaslı hücumlarından birini həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, hücumlar zamanı Ukraynanın müxtəlif bölgələrində elektrik enerjisinin istehsalı və ötürülməsini təmin edən 15-dən çox mühüm infrastruktur obyekti hədəfə alınıb.
Zelenski bildirib ki, Rusiya qüvvələri ölkənin enerji sisteminə genişmiqyaslı zərbələr endirib.
Hücumlar nəticəsində enerji obyektlərinə dəymiş ziyanın miqyası, elektrik təchizatında yaranmış mümkün fasilələr və xəsarət alanlar barədə əlavə məlumat açıqlanmayıb.
15:05 17.10.2026
Oxunuş sayı: 59