Skuterlə hərəkət edən qız yük maşınının altında qaldı
Moskvanın mərkəzində KamAZ markalı yük maşını velosiped zolağında skuterlə hərəkət edən qızı vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Qəza Malaya Dmitrovka küçəsində baş verib. İlkin məlumata görə, yük maşınının sürücüsü əsas yoldan sağa dönərkən skuterlə hərəkət edən qızı görməyib.
Toqquşma nəticəsində qız çoxsaylı xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Velosipedçilər üçün xüsusi zolağın olmasına baxmayaraq, qəzanın qarşısını almaq mümkün olmayıb.
17:46 17.10.2026
Oxunuş sayı: 59