17:47 25.10.2026
Rusiya yeni qanadlı raket hazırladı: “Filin”in imkanları açıqlanıb
80
Rusiyanın hazırladığı kiçikölçülü “Filin” qanadlı raketi Ukraynanın hava hücumundan müdafiə sistemi üçün ciddi təhlükə hesab olunur. Crossmedia.az xəbər verir ki, bu barədə “UNIAN” agentliyi müdafiə sənayesi müəssisəsinin inkişaf direktoru, ehtiyatda olan hərbi aviasiya zabiti Anatoli Xrapçinskinin açıqlamasına istinadən məlumat yayıb.
Ekspertin sözlərinə görə, “Filin” raketinin yaradılması Rusiyanın müasir raket çatışmazlığı səbəbindən ucuz materiallardan və Çin elektronikasından istifadə etməsi ilə bağlı deyil. O hesab edir ki, bu layihə Rusiya müdafiə sənayesinin silah istehsalında modulluq və standartlaşdırma strategiyasına keçidinin nəticəsidir.
Xrapçinski bildirib ki, raketin hazırlanması ilə “Taktiki Raket Silahlanması” korporasiyasına daxil olan “Molniya” elmi-istehsalat birliyi məşğul olub. Eyni korporasiyaya Rusiyanın qanadlı raketlər üzrə əsas konstruktor bürosu olan “Raduga” da daxildir. Ekspertin fikrincə, bu, “Molniya” mühəndislərinə X-59, X-69 və X-101 raketlərinin konstruktor sənədlərindən istifadə etmək imkanı verib.