Belqorod vilayətinə 120-dən çox hücum: 1 ölü, 10 yaralı
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə son sutka ərzində 120-dən çox hücum etdiyi, nəticədə 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev bu barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ölkə ərazisi üzərində Ukraynaya məxsus 553 uzaqmənzilli kamikadze dron məhv edilib.
11:15 14.08.2026
Oxunuş sayı: 48