Dünya xəbərləri

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, nüvə silahının Ukraynaya verilməsi Rusiya ilə münaqişəyə hazırlıq kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, belə silahların ötürülməsi təhlükəsi belə ciddi riskdir.

Crossmedia.az xəbər verir ki, Medvedev açıqlamasında nüvə silahının faktiki olaraq Kiyevə verilməsinin Rusiyaya hücum aktına bərabər tutula biləcəyini vurğulayıb. O, nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının 19-cu bəndinə istinad etdi.

Siyasətçi bu ehtimalın amerikalı jurnalistlər və siyasətçilər arasında fəal müzakirə olunduğunu qeyd edib və belə addımların fəlakətli nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

Gültac Mehdizadə

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il