Litva İsrailin baş naziri Binyamin Netanyahunun ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbsinə dair orderi icra etməyə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Prezident Aparatı məlumat yayıb.
“BCM-nin orderləri Litva da daxil olmaqla Roma Statutunun bütün üzv dövlətləri üçün məcburidir. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs ölkəyə gələrsə, hüquq-mühafizə orqanlarından müəyyən edilmiş protokollara uyğun hərəkət etmələri tələb olunur”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.
Prezident Aparatı Litvanın BCC-nin fəaliyyətinə dəstəyini, eləcə də onun müstəqilliyinə və qərəzsizliyinə hörmətini vurğuladı.
Gültac Mehdizadə