Gürcüstan parlamenti prezident seçkilərinin keçirilmə tarixini təsdiqləyib.
Crossmedia.az Apa-ya istinadən xəbər verir ki, seçkilər 14 dekabrda, andiçmə mərasimi isə 29 dekabrda keçiriləcək.
Gürcüstanın yeni prezidenti seçicilər kollegiyası tərəfindən 5 il müddətinə seçiləcək.
Spiker Şalva Papuaşvili parlamentin iclasında bildirib ki, hazırkı prezident Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.