Hadisə

Azərbaycanda da dünya ölkələri kimi hər il keçirilən "Black Friday" həftəsi böyük marağa səbəb olur. Vətəndaşlar, xüsusilə geyim, aksesuar və elektronika məhsullarında xüsusi endirimlərdən faydalanmaq üçün mağazalara üz tuturlar. Lakin bəzi hallarda bu endirimlərin real olub-olmaması ilə bağlı suallar meydana çıxır. Saxta endirimlər, məhsulun əvvəlcə qiymətinin artırılıb sonra "endirim" adı ilə satılması şəklində müşahidə olunur.

Marketinq və PR üzrə ekspert Səfər Aslanov da Crossmedia.az-a verdiyi açıqlamasında bu mövzunu şərh edib:

“Black Friday endirimləri real olsa da, bəzi hallarda saxta endirimlərə də rast gəlinir. Bu, əsasən, məhsulun qiymətini əvvəlcə artırıb, sonra "endirim" göstərməklə manipulyasiya edilməsi şəklində baş verir. İstehlakçılar bir məhsulun həqiqətən ucuzlaşıb-ucuzlaşmadığını yoxlamaq üçün əvvəlki qiymətlərlə müqayisə etməlidirlər. Bunun üçün ölkəmizdə olmasa da Qərbdə bir sıra aktiv aplikasiyalar var. Bu aplikasiyalar vasitəsilə istehlakçılar bu və ya digər məhsulun qiymət tarixçəsini izləyə bilirlər. 
Digər tərəfdən isə bu ənənəvi milad öncəsi bayram alış-verişləri üçün stokların azad edilməsi məqsədilə atılan addımdır. Bununla həm trafikin mağazalara cəlbi artırlır, həm də bir müddət sonra başlayacaq yeni il alış-verişləri üçün stoklarda müvafiq sahələrin yaradılmasına çalışılır. 
Adətən endirimlər yüksək tələb olunan məhsulların məhdud sayda olması ilə icra edilir. İstehlakçı davranışlarını nəzərə alaraq növbəti tranşda eyni məhsulu bu kampaniyadan daha az endirimlə alınmasına gətirib çıxarır”.

Səfər Aslanov “Black Friday”nin təkcə endirimlərlə deyil, həm də iqtisadi cəhətdən əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməli olduğunu bildirib:

“İstehlakçılar həm onlayn, həm də fiziki olaraq mağazalarda alış-veriş imkanlarından geniş şəkildə yararlanırlar. Mağazalar isə daha çox dövriyyədən udmuş olurlar. Məsələn, bu il Şükranlıq günü, Cyber Monday və Black Fiday kampaniyalarına görə ABŞ-da ümumilikdə 90 milyard dollarıq dövriyyə gözlənilir. 
İnsanlar alış qərarlarında əsasən emosional olurlar. Bu səbəbdən saxta endimlərdən qorunmaq üçün istehlakçıların alış-veriş üçün planlama aparmaları lazımdır. Bu proses bir qədər yorucu olsa da kifayət qədər optimal xərclər etməyə imkan verir”.
 
 Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il