İqtisadiyyat

Prezident İlham Əliyevin ehtiyat fondunun vəsaiti artırılmalıdır.

Crossmedia.az xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyevin ehtiyat fondu 2024-cü illə müqayisədə eyni - 300 milyon manat olacaq.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il