Texnologiya

"Apple", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modelləri ilə dizaynında mühüm dəyişikliklərə imza atır. Sızdırılan məlumatlara görə, bu modellərdə titan çərçivə yerinə alüminium çərçivə istifadə ediləcək. Bundan əlavə, yeni modellər, "Apple" tarixində ilk dəfə yarı metal və yarı şüşə arxa panelə sahib olacaq. Bəs "Apple" niyə belə bir qərar qəbul etdi? 

"Apple", "iPhone X" modeli ilə paslanmayan polad çərçivələrə keçid etmiş, daha sonra "iPhone 15 Pro" və "Pro Max" modellərində titan çərçivələrdən istifadə etmişdi. Lakin yeni bir hesabat göstərir ki, "iPhone 17 Pro" seriyasında alüminium çərçivələrdən istifadə ediləcək. Bunun əsas səbəbi, alüminiumun cihazı paslanmayan polad və titandan daha yüngül etməsidir.

Bununla yanaşı, metalların naqilsiz (simsiz) enerji yükləmə ilə uyğun gəlməməsi səbəbilə arxa panelin bəzi hissələrində şüşədən istifadə olunacağı bildirilir. Əslində, bu dizayn "Google"un "Pixel" seriyasını xatırlatsa da, "Apple" daha böyük bir alüminium səth istifadə edərək bu konsepti fərqli bir formada təqdim edəcək.

Yeni dizaynın diqqət çəkən digər tərəfi kamera modulu ilə bağlıdır. Alüminium arxa panelin yuxarı hissəsi kvadrat formalı bir kamera adası ilə tamamlanacaq. Bu metal kamera adası şüşə yerinə metaldan hazırlanacaq və dizayn baxımından "Pixel 9 Pro" modellərinə bənzər bir struktur yaradacaq.

Söyləntilərə görə, titanın möhkəmliyinə baxmayaraq, istehsal xərclərinin yüksəkliyi və emal çətinliyi "Apple"ı alternativ materiallar axtarmağa vadar edə bilər. 

Apple Loop: iPhone 17 Design Leaks, iPhone 16 Camera Issues, Apple Confirms  Black Friday Offers

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il