Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-i Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Dövlət Komitəsinin məlumatına görə, tədbirdə UNAOC-un Dostlar Qrupunun 160 üzvünün, siyasi liderlərin, beynəlxalq və regional təşkilatların nümayəndələrinin, dini liderlərin və din xadimlərinin iştirakı nəzərdə tutulur.
Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda dünyada etimad və həmrəyliyin bərpa edilməsinə, sülhə və təhlükəsizliyə dair qlobal problemlərin müzakirəsi planlaşdırılır.