Səhiyyə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndi şəhərində tibbi aksiya keçirəcək. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinikası təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər və aksiyaların sayı daima artır. Bu aksiya və tədbirlərin əsas məqsədi görmə problemi olan insanların erkən müayinə və müalicə olaraq öz sağlamlıqlarını geri qaytarmaqdır.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il