Yunanıstan S-300 hava hücumundan müdafiə sistemlərini və Rusiya istehsalı olan digər silahları İsrail texnologiyası ilə əvəzləyərək Ermənistana ötürmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın Milli Müdafiə Baş Qərargahı köhnə silahların müasir Qərb modelləri ilə əvəzlənməsi proqramı çərçivəsində Rusiya sistemlərini Ermənistana ötürməyə hazırlaşır.
Qeyd edək ki, Ermənistanın silahlanması üzrə əməkdaşlıq Fransanın dəstəyi ilə həyata keçirilir ki, bu da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verir.
Gültac Mehdizadə