Tatarıstan İnvestisiya İnkişafı Agentliyinin müavini Marina Epifanceva Ər-Riyadda keçirilən 28-ci Dünya İnvestisiya Konfransında Türkiyə və Tatarıstan arasındakı iqtisadi əlaqələri müzakirə edib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, o Tatarıstanın Rusiyanın ən mühüm iqtisadi bölgələrindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Tatarıstanın təşkil etdiyi beynəlxalq forumlar türk iş dünyası üçün mühüm imkanlar yaradır.
“Tatarıstanın Alabuqa və İnnopolis iqtisadi zonaları investorlar üçün cəlbedici təkliflər təqdim edir” , - deyə o, əlavə edib.
Həmçinin o, türk iş dünyasını bu imkanlardan faydalanmağa çağırıb.
Nəzrin Salmanova