Çarpaz baxış

Son illərdə Azərbaycan hüquq sisteminin müasirləşdirilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu islahatlar cəmiyyətin hüquqi şüurunu artırmaq, insan hüquqlarını qorumaq və hüquqi dövlət prinsiplərini gücləndirmək məqsədini güdür.  Bəs Azərbaycan hüquq sisteminin inkişafında strateji yollar və nəticələr hansılardır?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas, Dövlət Proqramı qalibi İnqilab Hüseynzadə bildirib ki, hüquq sisteminin effektivliyini artırmaq üçün müvafiq qanunvericilik aktlarının yenilənməsi və müasir standartlara uyğunlaşdırılması, islahatların strateji yollarından biridir:

“Bu kontekstdə hüquqi müqavilələrin təşkili və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi əhəmiyyət kəsb edir. Məhkəmə sisteminin ədalətliliyini təmin etmək üçün məhkəmə instansiyalarının fəaliyyətinin təkmilləşdirilməsi zəruridir. Məhkəmə işçilərinin təlimatlandırılması, onların peşəkarlığının artırılması islahatların vacib hissəsidir”.

Onun sözlərinə görə, insan hüquqlarının qorunması, beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, müvafiq qanunvericiliyin qəbul edilməsi və tətbiqi ilə həyata keçirilir. Müsahibimiz bildirib ki,bu, hüquq sisteminin legitimliyini artırmaqla yanaşı, vətəndaşların hüquq müdafiəsi mexanizmlərini də gücləndirir. Hüquqi maarifləndirmə proqramları vasitəsilə vətəndaşların hüquqi biliklərinin artırılması da önəmlidir. Bu, insanların hüquqlarını daha yaxşı anlamalarına və müdafiə etmələrinə imkan yaradır:

“Müasir texnologiyaların tətbiqi hüquq sisteminin müasirləşdirilməsi üçün əhəmiyyətli bir yoldur. Elektron məhkəmə sisteminin yaradılması, hüquqi məlumatların daha əlçatan olmasını təmin edir. Bu cür innovasiyalar, hüquqi prosedurların sürətini və effektivliyini artırır”.
Mütəxəssis qeyd edib ki, islahatların nəticələri cəmiyyətin hüquqi inkişafına müsbət təsir göstərir:

“Hüquqi mədəniyyətin artması, vətəndaşların hüquqi şüurunun yüksəlməsi ilə özünü göstərir. Məhkəmə sisteminə olan inamın artması, ədalət mühakiməsinin müstəqilliyinin təmin edilməsi ilə bağlıdır. İnsan hüquqları sahəsindəki qanunvericilik islahatları, beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Hüquq mühafizə orqanları və digər hüquqi təşkilatların fəaliyyətinin daha səmərəli olması, hüquqi təşkilatların gücləndirilməsinə yol açır”.

Son olaraq İnqilab Hüseynzadə fikirlərinin yekunu olaraq deyib ki,  Azərbaycanın hüquq sistemində həyata keçirilən islahatlar cəmiyyətin hüquqi inkişafına, insan hüquqlarının qorunmasına və ədalət mühakiməsinin güclənməsinə müsbət təsir göstərir:

“Bu islahatların davamlılığı hüquqi sistemin daha da inkişaf etdirilməsi və müasirləşdirilməsi üçün vacibdir. Hüquqi islahatlar Azərbaycanın hüquq sisteminin daha səmərəli, ədalətli və müasir olmasını təmin etmək məqsədini güdür”.

Əli Hüseynov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il