Azərbaycan neftini ən çox BU ÖLKƏLƏR ALDI
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 11 ölkəyə 12 milyon 722 min 590,97 ton neft ixrac olunub.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Rumıniyadır.
2026-ci ilin 7 ayında Azərbaycan İtaliyaya 4 milyard 560 milyon 688,09 min ABŞ dolları dəyərində 7 milyon 473 min 413,94 ton, Çexiyaya 562 milyon 115,58 min ABŞ dolları dəyərində 802 min 369,65 ton və Rumıniyaya 522 milyon 201,19 ABŞ dolları dəyərində 821 min 331,27 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-iyul aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:
№ | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin 7 ayına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin 7 ayına nisbətən |
1 | İtaliya | 7 473 413,94 | -11,4 % | 4 590 688,09 | + 3,08 % |
2 | Çexiya | 802 369,65 | -21,9 % | 562 115,58 | +2,74 % |
3 | Rumıniya | 821 311,27 | +19,72 % | 522 211,19 | +38,1 % |
4 | Hindistan | 491 171,24 | * | 376 114,36 | * |
5 | Bolqarıstan | 358 842,99 | + 4,5 dəfə | 253 113,50 | +5,2 dəfə |
6 | Tunis | 368 916,34 | + 2,9 dəfə | 225 469,94 | +3,3 dəfə |
7 | Portuqaliya | 395 031,62 | -44,7 % | 221 958,01 | +42,3 % |
8 | Almaniya | 360 299 | -45,5 % | 210 855,82 | -40,9 % |
10 | İsveçrə | 272 501,37 | +3,04 dəfə | 193 596,32 | +3,6 dəfə |
11 | Yunanıstan | 284 374,74 | +22,4 % | 182 764,51 | +41,7 % |
Digərləri | 1 094 358,82 | x | 724 026,24 | x | |
Cəmi | 12 722 590,97 | -12,08 % | 8 032 903,55 | +4,86 % |
13:23 17.08.2026
Oxunuş sayı: 59