Siyəzən rayonunun Zarat kəndi ərazisində restoranda yanğın baş verib
Siyəzən rayonunun Zarat kəndi ərazisində restoranda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində restoranda baş vermiş yanğın söndürülüb. Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Zeynəb Həsən
12:50 17.08.2026
Oxunuş sayı: 56