"Sumqayıt"ın əməliyyat olunan futbolçusu beş ay sonra yaşıl meydanlara qayıdacaq
"Sumqayıt" Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
24 yaşlı yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönəcək.
Qeyd edək ki, S.Abdullazadə "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.
14:28 17.08.2026
Oxunuş sayı: 45