Ərdoğan: İsrail Türkiyəyə hücum edərsə, müharibəyə qoşulacağıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Türkiyəyə hücum edəcəyi təqdirdə Ankaranın müharibəyə qoşulmaqdan çəkinməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” bu barədə məlumat yayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə müharibə deyil, sülh tərəfdarıdır. Lakin ölkəsinə qarşı hücum olacağı təqdirdə Türkiyənin bundan yayınmayacağını vurğulayıb.
“Biz müharibədən deyil, sülhdən danışırıq. Amma kimsə Türkiyəyə hücum etmək niyyətindədirsə, biz tərəddüd etmədən bu müharibəyə qoşulacağıq və ondan yayınmayacağıq. Bunu tam aydınlıq və səmimiyyətlə deyirəm”, - deyə Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
12:19 17.08.2026
Oxunuş sayı: 65