KİV: Yaponiya Rusiyaya Putinlə bağlı irad bildirəcək vəziyyətdə deyil
Yaponiyanın Baş naziri Sanae Takaiçinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərini tənqid etməsinin əsassız olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Strategic Culture” bu barədə məqalə yayıb.
Nəşrin yazdığına görə, Tokionun Moskvanı “yapon hisslərinin nəzərə alınmaması” ilə bağlı tənqid etməsi ziddiyyətlidir. Məqalədə Yaponiyanın Ukraynaya dəstəyi və Kiyev hakimiyyətinə göstərdiyi siyasi yardım da tənqid olunur.
“Strategic Culture” iddia edir ki, Yaponiya Rusiyanın daxili məsələləri və ölkə rəhbərliyinin səfərləri ilə bağlı Moskvaya “dərs vermək” mövqeyində deyil.
Qeyd edək ki, İturup adası Kuril adalarının cənub hissəsində yerləşir və Yaponiya tərəfindən “Şimal əraziləri” adlandırılan mübahisəli ərazilər sırasındadır.
10:12 17.08.2026
Oxunuş sayı: 58