ABŞ-İran müharibəsində əsas mübarizə iqtisadi dayanıqlılıq üzərindədir
İran ilə ABŞ arasındakı müharibə hərbi qarşıdurmadan əlavə, iqtisadi dayanıqlılıq mübarizəsinə də çevrilib. “The Wall Street Journal”ın məlumatına görə, qarşıdurmanın əsas mövzularından biri Hürmüz boğazıdır. Tərəflər bir-birini geri addım atmağa məcbur etməyə çalışır. Hürmüz boğazında yaranan gərginlik qlobal enerji bazarlarına da ciddi təsir göstərir.
Crossmedia.az xəbər verir ki, Vaşinqton administrasiyası blokada və iqtisadi sanksiyalar vasitəsilə İranı danışıqlar masasına gətirməyə çalışır. Yaxın günlərdə Tehrana qarşı yeni sanksiyaların elan ediləcəyi və iqtisadi təzyiqin daha da artırılacağı gözlənilir.
Müharibənin ağır nəticələri İran iqtisadiyyatında enerji böhranını dərinləşdirib. Ölkədə gündəlik 29 milyon litr həcmində benzin çatışmazlığı yarandığı, neft ixracının isə demək olar ki, dayanma nöqtəsinə çatdığı bildirilir. Bununla da İranın əsas gəlir mənbələrindən biri ciddi şəkildə zəifləyib. Hürmüz boğazından keçən enerji daşımalarının məhdudlaşması isə həm İran, həm də qlobal bazarlar üçün əlavə təzyiq yaradır.
18:06 16.08.2026
Oxunuş sayı: 51