NATO: Rumıniyada vurulan PUA Rusiya mənşəlidir
Rumıniyada vurularaq yerə düşən pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğu ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanlığının qərargahının sözçüsü polkovnik Martin O'Donnellə istinadən məlumat yayıb.
O'Donnell bildirib ki, NATO daim yüksək hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə qarşı mübarizəyə hazırdır.
"Avqustun 16-da baş verən insidentlə bağlı əlavə detallar hələ araşdırılır, lakin görünür ki, PUA Rusiyaya məxsusdur", – deyə o bildirib.
Məlumata görə, avqustun 16-na keçən gecə Rumıniyada yerləşdirilən İspaniya Hərbi Hava Qüvvələrinin F-18 qırıcısı ölkə ərazisində naməlum PUA-nı vurub. Hadisə yerli vaxtla saat 05:01-də baş verib.
PUA-nın qalıqları Qalats mahalında Bəleni və Kudalbi yaşayış məntəqələri arasında, yaşayış olmayan əraziyə düşüb.
15:25 16.08.2026
Oxunuş sayı: 49