CROSSMEDIA - Azərbaycanın İsraildəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb
Gündəm

Azərbaycanın İsraildəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb

Dekabrın 26-da Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyində dövlət bayrağı dirəyin yarısına qədər endirilib, Səfirlikdə 26-27 tarixlərində başsağlığı kitabı açılıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, bir sıra ölkələrin səfirləri və diplomatları başsağlığı vermək üçün Səfirliyə gəlmiş, həmçinin 60-dan çox diplomatik nümayəndəlikdən başsağlığı məktubları Səfirliyə daxil olmuşdur.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr tarixli Sərəncamı ilə dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilmişdir.

13:34 27.12.2024

Oxunuş sayı: 3664

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR