İlon Maskın Böyük Britaniyanı almaq zarafatı sosial şəbəkələrdə gündəm oldu
İlon Mask sosial şəbəkələrdə yayılan satirik paylaşımına verdiyi cavabla yenidən böyük marağa səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Amerikanın satirik saytı The Babylon Bee milyarderin Böyük Britaniyanı söz azadlığını təmin etmək üçün satın aldığı barədə saxta xəbər yayıb. Mask isə “X” platformasındakı paylaşımın altına qısa cavab yazıb: Qiyməti nə qədərdir?
Bu ifadə istifadəçilərin diqqətini xüsusilə çəkib, çünki Mask eyni ifadəni 9 il əvvəl də işlədib. 2017-ci ildə bir istifadəçi zarafatla ona “Twitter”i almasını təklif etmiş, Mask isə həmin suala eyni şəkildə Qiyməti nə qədərdir? cavabını vermişdi.
Beş il sonra, 2022-ci ilin oktyabrında Mask həqiqətən də “Twitter”i 44 milyard dollara satın almışdı. O, bu qərarını platformada söz azadlığının müdafiəsi ilə əlaqələndirmişdi.
The Babylon Bee-nin paylaşımının sadəcə satira olduğu və Maskın Böyük Britaniyanı almaqla bağlı real planının olmadığı bildirilsə də, istifadəçilər onun əvvəlki hadisə ilə oxşarlığına diqqət çəkiblər.
Mask və The Babylon Bee arasında münasibətlər daha əvvəl də gündəmə gəlib. 2022-ci ildə “Twitter” satirik saytın hesabını ABŞ administrasiyasının rəsmilərindən biri barədə zarafata görə bloklamışdı. Platforma paylaşımın qaydaları pozduğunu bildirərək silinməsini tələb etsə də, sayt bundan imtina etmişdi.
Daha sonra The Babylon Bee-nin rəhbəri Set Dillon Maskın bloklanmadan sonra onlarla əlaqə saxladığını və hətta sosial şəbəkəni almaq ehtimalı barədə maraqlandığını açıqlamışdı. Mask “Twitter”i aldıqdan sonra isə saytın hesabına qoyulan məhdudiyyət aradan qaldırılmışd
02:40 13.08.2026
Oxunuş sayı: 38