Conson Kremlin iddiasını rədd etdi
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson 2022-ci ilin aprelində Kiyevə səfərinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının pozulmasına səbəb olması barədə ittihamları rədd edib.
Crossmedia.az xəbər verir ki, Conson bu barədə açıqlamasında Kreml tərəfindən səsləndirilən iddiaları “tamamilə cəfəngiyyat” adlandırıb.
Onun sözlərinə görə, heç bir Qərb lideri ukraynalıları öz ölkələri uğrunda mübarizədən imtina etməyə məcbur edə bilməzdi. Conson bildirib ki, ukraynalılar müqavimət göstərmək və döyüşmək istəyirdilər.
13:34 12.08.2026
Oxunuş sayı: 44