CROSSMEDIA - Özbəkistan Baş naziri və XİN rəhbəri AZAL təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Gündəm

Özbəkistan Baş naziri və XİN rəhbəri AZAL təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Özbəkistanın Baş naziri Abdulla Aripov dekabrın 27-də Daşkənddəki Azərbaycan səfirliyinə gələrək Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar xalqımıza başsağlığı verib.

Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri məlumat yayıb.

Baş nazir, həmçinin xatirə kitabında qeyd qoyub.

KİV-in məlumatına görə, Azərbaycan səfirliyini, həmçinin Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov da ziyarət edib. Qeyd edilib ki, o, dərin hüznlə başsağlığı verib və xatirə kitabına qeyd qoyub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

11:08 27.12.2024

Oxunuş sayı: 3932

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR