Qaxda 47 yaşlı qadını ilan sancıb
Qax rayonunda təsərrüfat işləri aparan 47 yaşlı qadını ilan sancıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Ağyazı kəndi ərazisində baş verib.
Zaqatala rayonunun Əliabad qəsəbə sakini, 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri ilə məşğul olarkən ərazidə olan ilan qəfil onun sağ ayağının pəncəsindən sancıb.
A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib və ilan zəhərinə qarşı zərdab vurulub.
Hazırda onun müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. (APA)
14:47 09.08.2026
Oxunuş sayı: 47