Lənkəranda açıq ərazi yanır
Lənkəranın Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.
18:07 03.08.2026
Oxunuş sayı: 43