Nəzarətsiz sular can almaqda davam edir: 40 nəfər boğuldu
Bu il Azərbaycanda çimərlik mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb.
Crossmedia.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.
Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.
15:48 03.08.2026
Oxunuş sayı: 66