Xocavənddə minaya düşən şirkət əməkdaşının son vəziyyəti açıqlanıb
Xocavənd rayonunda minaya düşən şəxsin son vəziyyəti məlum olub.
Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,
1985-ci il təvəllüdlü şəxs (kişi) 02.08.2026-cı il tarixində saat 09:40 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Qeyd edək ki, bu gün humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı - 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
19:41 02.08.2026
Oxunuş sayı: 47