Britaniya sahilləri yaxınlığında Rusiya gəmilərinin fəallığının artdığını açıqlayıb
Crossmedia.az "Express" nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi son iki ildə Rusiya gəmilərinin Britaniya sahilləri yaxınlığındakı fəaliyyətinin kəskin artdığını açıqlayıb.
Məlumata görə, bu müddətdə Rusiya gəmilərinin Britaniya sularına daxilolma halları təxminən 30 faiz artıb.
Bildirilir ki, son bir il ərzində Kral Hərbi Dəniz Qüvvələri 90-a yaxın Rusiya hərbi gəmisi, sualtı qayığı və "kölgə donanması"na aid tankerə nəzarət və müşayiət etmək üçün ümumilikdə 116 dəfə dənizə çıxıb.
Artan fəallıq fonunda Böyük Britaniya hökuməti hərbi dəniz qüvvələrinin gücləndirilməsi və dəniz pilotsuz sistemlərinin inkişafı üçün 1,5 milyard funt sterlinq həcmində investisiya ayıracağını açıqlayıb.
19:31 02.08.2026
Oxunuş sayı: 89