İran ABŞ-nin İordaniyadakı F-35 qırıcılarını məhv etdiyini iddia edib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı “Əl-Əzraq” aviabazasında yerləşən F-35 qırıcılarına zərbə endirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə IRNA agentliyinə istinadən məlumat yayıb.
İddialara görə, avqustun 1-i səhər saatlarında aviabazanın təmir anqarı və F-35 qırıcılarının saxlanıldığı meydançaya bir neçə ballistik raket atılıb.
SEPAH-ın məlumatında bildirilir ki, hücum nəticəsində üç F-35 qırıcısı məhv edilib, daha üç təyyarə isə zədələnib.
Qeyd edək ki, bu məlumat hələlik ABŞ və ya İordaniya tərəfindən təsdiqlənməyib, müstəqil mənbələr də iddiaları təsdiq edən sübut təqdim etməyiblər.
18:29 02.08.2026
Oxunuş sayı: 54