İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya üçün parlamentə göndərib
İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya olunması üçün İslam Məşvərət Şurasına təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.
Bəqai bildirib ki, sənədin ratifikasiyası Xəzəryanı dövlətlər arasında münasibətlərin aydın hüquqi əsaslar üzərində qurulmasına şərait yaradacaq və belə mexanizm olmadıqda, xüsusilə regiondan kənar oyunçuların mümkün sui-istifadələrinin qarşısını alacaq.
Onun sözlərinə görə, Konvensiyanın parlamentə təqdim edilməsi və ratifikasiyası Xəzər dənizi ilə bağlı hüquqi prosesin tamamlanması istiqamətində mühüm addım olacaq. Bu, həmçinin İran və digər sahilyanı dövlətlər arasında daha şəffaf və konstruktiv əməkdaşlığın inkişafına imkan verəcək.
15:42 02.08.2026
Oxunuş sayı: 62