BƏƏ Ukraynaya Qara dənizdə təhlükəsizlik və dəniz yollarının qorunması ilə bağlı dəstək göstərəcək
Birləşmiş Ərəb Əmirlikləri Ukraynaya Qara dənizdə təhlükəsizliyin təmin olunması, dəniz nəqliyyatı yollarının qorunması və ərzaq ixracının davam etdirilməsi istiqamətində kömək edəcək.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BƏƏ Prezidenti ilə keçirdiyi telefon danışığından sonra bu barədə məlumat yayıb.
Zelenski bildirib ki, tərəflər Qara dənizdə təhlükəsizlik məsələləri, dəniz marşrutlarının fəaliyyəti və Ukraynanın ərzaq məhsullarının dünya bazarlarına çatdırılması ilə bağlı əməkdaşlığı müzakirə ediblər.
Ukrayna Prezidenti qeyd edib ki, BƏƏ-nin dəstəyi xüsusilə mülki gəmilərin və liman infrastrukturunun təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyət daşıyır.
16:23 02.08.2026
Oxunuş sayı: 59