Tramp yadplanetli ilə fotosunu paylaşdı
ABŞ Prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanmış yadplanetli ilə birgə fotosunu sosial şəbəkədə yayımlayıb.
Crossmedia.az xəbər verir ki, "Truth Social" platformasında paylaşılmış görüntüdə Trampın yadplanetli ilə birlikdə təsvir olunduğu görünür.
ABŞ prezidenti paylaşımına hər hansı açıqlama və ya şərh əlavə etməyib.
Məlumata görə, sözügedən foto Trampın son vaxtlar "Truth Social" hesabında paylaşdığı digər süni intellektlə yaradılmış görüntülərlə birlikdə dərc olunub.
17:39 02.08.2026
Oxunuş sayı: 52