"Fortune": Ukrayna və Yaxın Şərqdəki münaqişələr vahid geosiyasi böhrana çevrilir
Crossmedia.az "Fortune" nəşrinə istinadən xəbər verir ki, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr getdikcə daha çox bir-biri ilə əlaqələnir və onların təsirləri neytral mövqe tutmağa çalışan ölkələrə də yayılır.
Nəşrin yazdığına görə, bu qənaətə son günlər baş vermiş iki hadisə səbəb olub. Əvvəlcə Ukrayna Xəzər dənizində İranın Rusiyaya hərbi yüklər daşıdığı iddia edilən gəmisinə zərbə endirib. Bir neçə gün sonra isə İranın pilotsuz uçuş aparatları Misirin Aralıq dənizi sahilində yerləşən limanında qaz daşıyan gəmilərə hücum edib. Bu, İranla müharibənin başlanmasından bəri Misirə ilk belə hücum hesab olunur.
Ekspertlərin fikrincə, bu hadisələr arasında əlaqə ola bilər. Onların sözlərinə görə, gərginliyin artması dəniz daşımaları, sığorta sektoru və enerji təchizatı üçün riskləri artırır ki, bu da Avropada qazın qiymətinin bahalaşmasına səbəb ola bilər.
19:16 02.08.2026
Oxunuş sayı: 89