İsrail ordusu Qalqiliyyə şəhərinə daxil olub
İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Qalqiliyyə şəhərinə reyd həyata keçiriblər.
Crossmedia.az xəbər verir ki, yerli mənbələr bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri şəhərə şərq girişindən daxil olub.
Əməliyyatın məqsədi, eləcə də saxlanılan və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
15:35 01.08.2026
Oxunuş sayı: 56