İsrailin mövcudluğuna son qoyulacaq - Şok proqnoz
Yaxın Şərqdə diplomatiyanın dili artıq birdəfəlik susub, yerini yalnız silahların diktəsinə verib. İsrail Müdafiə Qüvvələrinin Livandakı təhlükəsizlik zonasından çıxmayacağı və əməliyyatları daha da genişləndirəcəyi barədə bəyanatı sıradan bir hərbi anons deyil; bu, regional güclər balansının, tarixi ədavətlərin və strateji ambisiyaların növbəti dəfə açıq döyüş meydanına çıxmasıdır.
Tarixən şahid olduğumuz ssenari təkrar olunur: İsrail regiondakı güc boşluğundan, ərəb dünyasının parçalanmış və seyrçi mövqeyindən maksimum istifadə edərək strateji üstünlüyünü addım-addım genişləndirir. Bu gün Livan cəbhəsində baş verənlər sadəcə sərhəd təhlükəsizliyi məsələsi yox, həm də Yaxın Şərqin ideoloji, dini və torpaq xəritəsini yenidən cızmaq cəhdidir. Bəs İsrailin bu ssenarini sonadək gerçəkləşdirmək ehtimalı nə dərəcədə realdır? Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

"İsrail məqamdan istifadə edir. İndiyə qədər həmişə bir fürsət düşən kimi Livana hücum edir, illərdir, onilliklərdir oranı bombalayır, çəkilir, sonra yenidən bombalayır, çəkilir və ərazidə əməliyyatlar keçirir. Məsələ burasındadır ki, İsrail qonşu ərəb ölkələrinin zəifliyindən istifadə edir - istər Livan olsun, istər Suriya, istərsə də Qəzza (Fələstin). Bir sözlə ərəb anklavlarını boşaltmaqla məşğuldur, yəhudi köçkünləri ora yerləşdirir. Ərəblərin mülkiyyətini heç bir qanun-qayda tanımadan, açıq-aşkar əllərindən alırlar. İndi də zəifləmiş halda olduqlarını görüb bu fürsətdən istifadə edirlər".
Politoloq qeyd edib ki, İsrailin yeni hərbi əməliyyatlar həyata keçirməsi istisna hal deyil:
"Təbii ki, ola bilsin, hələ yeni əməliyyatlar da keçirəcəklər. Onlar üçün nə qədər çox müsəlman öldürsələr, absurd inanclarına görə savab sayılır. Maraqlıdır, qonşu ərəb ölkələri və müsəlman dünyası nə vaxta qədər buna seyirci qalacaq? Onlar bacardıqca müsəlman öldürürlər, ərəb öldürürlər, fərq etməz. Əsasən də məhz ərəb və müsəlman olduqları üçün öldürürlər, bunu da qeyd edim. Əsas düşmənçilikləri ərəblərədir. Çünki həzm edə bilmirlər ki, Allah sonuncu peyğəmbəri niyə onların özlərinə yox, ərəblərə göndərib. Bu, təkəbbürdən gələn bir hissdir, artıq dini məsələdir.
Bu proseslər və əməliyyatlar o vaxta qədər davam edəcək ki, bir müsəlman ölkəsi artıq tam güclənəcək; nə Amerikadan, nə Britaniyadan, nə də Çindən — heç kəsdən qorxmayacaq. Ətrafında birləşdirən Osmanlı kimi qüdrətli bir müsəlman dövləti ortaya çıxacaq. Ondan sonra İsrail dövlətinin nəinki hərbi əməliyyatlarına, inşallah, ümumiyyətlə mövcudluğuna son qoyulacaq. Bu olacaq- tez və ya gec. İnşallah, o günü birlikdə görərik".
Turqut Ansari
20:30 31.07.2026
Oxunuş sayı: 49