Azərbaycan pambıq lifi ixracından gəlirini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 126 milyon 620 min ABŞ dolları dəyərində 90 min 437 ton pambıq lifi (mahlıc) ixrac edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 26 milyon 381 min ABŞ dolları (26,3 %), həcm baxımından isə 20 min 895 ton (30 %) çoxdur.
Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb
17:37 29.07.2026
Oxunuş sayı: 36