Azərbaycan qızıl ixracından gəlirini 40 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 202,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,4 % çoxdur.
Təkcə iyunda isə Azərbaycan 34,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 50,2 % çoxdur.
6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
14:35 29.07.2026
Oxunuş sayı: 39