TikToker Çevik polis tərəfindən saxlanılıb
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, milli-mənəvi dəyərlərə zidd və qeyri-etik davranışlar nümayiş etdirən daha bir TikTok istifadəçisi həbs edilib.
Crossmedia.az xəbər verir ki, TikTok-da "Çevik" ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, sosial media platformalarında radikal dini təbliğat aparması və ateizmə qarşı çağırışlar etməsi ilə tanınır.
Qəbələ Rayon Polis İdarəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin maddə internet informasiya resurslarında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin, əxlaqsız ifadələrin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılmasını nəzərdə tutur.
Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Məqsəd Bağırov 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
09:07 28.07.2026
Oxunuş sayı: 64