Binəqədidə obyekt yanıb
Saat 11:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Mehdiabad yolu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb.
Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğınla bağlı tibbi yardıma ehtiyac yaranmayıb.
12:08
Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Məhəbbət Tərlanoğlu
14:47 27.07.2026
Oxunuş sayı: 205