Xəzər dənizində 26 yaşlı gənc batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
22:46 25.07.2026
Oxunuş sayı: 70