Ağdamda açıq ərazidə yanğın başladı
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
19:20 22.07.2026
Oxunuş sayı: 48